Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 25 noyabr, 2024
- 06:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 25-də qaz tədarükü üçün 377 milyon 909 min 292 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,87 % azdır.
Kipoi çıxış nöqtəsindən noyabrın 26-dan dekabrın 1-dək qaz tədarükü üçün 346 milyon 019 min 867 kVt/saat həcmində sifariş alınıb. Bu, noyabrın 19-na və 20-nə olan sifariş həcmi ilə müqayisədə 8,2 % azdır. Noyabrın 21-24-nə olan göstəriciləri ilə müqayisədə 8,4 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 25-dən dekabrın 1-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 419 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 25-də qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 9 % azdır.
Bu çıxış nöqtəsindən noyabrın 26-dan dekabrın 1-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, noyabrın 19-na olan sifariş göstəriciləri ilə müqayisədə 13,4 %, noyabrın 20-nə olan sifariş göstəricisinə nisbətən 23,1 % azdır. Noyabrın 21-dən 24-dək olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 25-də 316 milyon 892 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 1,03 % azdır.
Noyabrın 26-dan dekabrın 1-dək bu çıxış nöqtəsindən 286 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 19-nə və 20-nə olan sifariş həcmi ilə müqayisədə 9,1 %, noyabrın 21-dən 24-nə qədər olan sifariş həcmlərinə nisbətən isə 9,4 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.