Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 13 yanvar, 2025
  • 05:20
Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən yanvarın 13-dən 19-dək qaz tədarükü üçün 343 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 4,6 % azdır.

Bu, yanvarın 7-dən 12-dək olan sifariş həcmi ilə müqayisədə isə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən yanvarın 13-dən 19-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən yanvarın 13-dən 19-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftəyə olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün yanvarın 13-dan 19-dək bu çıxış nöqtəsindən 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib.

Bu, yanvarın 6-nə olan sifariş həcmi ilə müqayisədə 5,07 % azdır. Bu həcmlər yanvarın 7-dən 12-dək olan sifariş həcmləri ilə müqayisədə isə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.