Daşkəsəndə qazın verilişi təmin olunub - YENİLƏNİB

Energetika
  • 25 oktyabr, 2023
  • 14:34
Daşkəsəndə qazın verilişi təmin olunub - YENİLƏNİB

Daşkəsəndə qaz təchizatında yaranmış fasilə başa çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, saat 10:00-dan etibarən “Daşkəsən” Qaz Paylayıcı Stansiyalarından, “Bayan” və “Xoşbulaq” Qaz Tənzimləmə Məntəqələrində görülən işlər başa çatıb. Hazırda Daşkəsən şəhərində qazın verilişi təmin olunub.

Qeyd edək ki, “Qaz İxrac” İdarəsinə məxsus “Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı qazın verilişi dayandırılmışdı.

09:09

Bu gün Daşkəsən, Göygöl rayonları və Gəncə şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı oktyabrın 25-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Gəncə Körpü Tikinti-2”, “Bağmanlar” və “Daşkəsən” Qaz Paylayıcı Stansiyalarından, “Bayan” və “Xoşbulaq” Qaz Tənzimləmə Məntəqələrindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Daşkəsən rayonunun tam olaraq, Gəncə şəhərinin və Göygöl rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.