BTC neft kəməri üzrə əməliyyat və əsaslı xərclər 23 %-dək azalıb

Energetika
  • 03 noyabr, 2022
  • 11:18
BTC neft kəməri üzrə əməliyyat və əsaslı xərclər 23 %-dək azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 74 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 17 milyon ABŞ dolları xərclənib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rübün yekunu üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon ABŞ dolları və ya 22,9 % azdır.

Eyni zamanda, BTC-nin bu dövr ərzində əsaslı xərclərin həcmi isə 5 milyon ABŞ dolları və ya 22,7 % azdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) Xəzərdəki neft yataqlarından xam nefti Qara dəniz sahilinə nəql edir və xam neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

BTC Ko.-nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

44 - Tezliklə