BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb
Energetika
- 07 dekabr, 2015
- 12:52
Bakı. 7 dekabr. REPORT.AZ/ Cari ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 263 445 ton Azərbaycan nefti nəql olunub. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,62% çoxdur.
Cari ilin yanvar-noyabr aylarında bu kəmərlə ötürülən neftin həcmi isə illik müqayisədə 1,26% artaraq 26 373 898 ton təşkil edib.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il dekabrın 1-nə qədər BTC-yə 290 213 744 ton neft vurulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,11% artım deməkdir.
Bundan başqa, 2015-ci ilin noyabr ayında BTC kəməri ilə 422 299 ton Türkmənistan nefti nəql olunub.
Son xəbərlər
04:15
NBC: İranın zərbələri ABŞ-ın kəşfiyyat obyektlərinə milyardlarla dollar ziyan vurub
Digər ölkələr03:54
İngiltərə millisinin sabiq hücumçusu həbs edilə bilər
Futbol03:28
Yəməndə husilərin obyektlərinə qabaqlayıcı zərbələrin endirilməsi təsdiqlənib
Digər ölkələr03:06
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
Digər ölkələr02:36
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
Digər ölkələr02:14
Qəribabadi: İran hələ də müharibə vəziyyətindədir
Region01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44