“Brent” neftinin qiyməti 7 illik maksimuma çatıb
Energetika
- 07 fevral, 2022
- 06:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 2014-cü il oktyabrın 6-dan sonra ilk dəfə olaraq, 1 barel üçün 93 ABŞ dollarını ötüb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,21 % bahalaşaraq, 1 bareli 93,47 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə əksinə 0,29 % düşərək, 1 bareli 92,04 ABŞ dolları təşkil edib.
Qiymət artımına müsbət təsir edən amil OPEC+ alyansının iclasında planlaşdırılan aylıq hasilatın artırılmaması haqqında qərarın qəbul olunmasıdır.
Bundan başqa, Texas ştatında qeydə alınan şaxtalı hava şəraiti ABŞ-da “qara qızıl”a olan tələbin artmasına səbəb olub.
Son xəbərlər
06:37
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib
Ekologiya06:10
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq
Digər ölkələr05:44
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
Region05:18
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Digər ölkələr04:43
NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Digər ölkələr04:06
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Region03:40
ABŞ-də "Isaias" qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr03:11
"Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
Region02:36