"Brent" neftinin qiyməti 60,99 dollara düşüb

Energetika
  • 12 dekabr, 2025
  • 21:49
Brent neftinin qiyməti 60,99 dollara düşüb

"Brent" neftin fevral fyuçersləri Londonun "ICE Futures" birjasında 0,29 dollar (0,47%) ucuzlaşaraq bir barrelə görə 60,99 ABŞ dollarına enib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"WTI"ın yanvar fyuçersləri "NYMEX" birjasında 0,28 dollar (0,43%) ucuzlaşaraq bir barrelə görə 57,32 dollara düşüb.

Neft kotirovkalarına əsas təzyiq dünya bazarında təklifin tələbi üstələməsi riski yaradıb.

Beynəlxalq Enerji Agentliyi 2026-cı ildə neft təklifinin sutka ərzində tələb olunan həcmi sutka 4 milyon barrel üstələcəyi barədə proqnozu təsdiqləyib. Bu isə dünya ehtiyatlarının dördillik maksimuma qalxması deməkdir.

Treyderlər vəziyyəti geosiyasətə uyğun qiymətləndirirlər, çünki Rusiya-Ukrayna münaqişəsinin nizamlanması situasiyanı dəyişə bilər və Rusiya dünya bazarına neftdaşımaları bərpa edər.

Son xəbərlər

Bütün Xəbər Lenti