BP neftin qiyməti ilə bağlı 2 illik proqnozunu açıqlayıb

Energetika
  • 17 yanvar, 2017
  • 12:48
BP neftin qiyməti ilə bağlı 2 illik proqnozunu açıqlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ BP neft-qaz şirkətinin rəhbəri Robert Dadli (Robert Dudley) 2017-2018-ci illərdə dünya bazarında neft qiymətlərinin 55-60 dollar/barel diapazonunda olacağını proqnozlaşdırıb. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu R.Dadli İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu zamanı "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, BP şirkəti 1909-cu ildə yaradılıb və dünyanın ən böyük 6 neft-qaz şirkətlərindən biridir.