BP: "Bu il üçün Azəri-Çiraq-Günəşli yatağında (AÇG) 18 quyunun qazılması planlaşdırılır"
Energetika
- 09 fevral, 2024
- 06:05
Bu il BP "Azəri-Çıraq-Günəşli" yatağında 18 quyunun təhvil verilməsi planlaşdırılır. Keçən il burda 17 quyu qazılıb tamamlanıb.
"Report" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O'Liri (Jim O'Leary) Bakıda keçirilən "IADS Drilling Caspian" konfransında bildirib.
O deyib ki, hazırda böyük kəşfiyyat işləri aparılır: "Bütün işlərdə qabaqcıl texnologiyalardan istifadə edirik. Ancaq burada əsas məsələ odur ki, "Azəri-Çıraq-Günəşli" yatağı artıq yaşlanır. Biz problemli quyuları yenidən bərpa etməliyik. Yeni quyuların sayını artırmalıyıq. Tərəfdaşlarımızın dəstəyi var və bu dəstəyi daim saxlamaq üçün fəaliyyətimizi mükəmməl şəkildə həyata keçirməliyik".
Son xəbərlər
16:21
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Xarici siyasət16:20
Foto
Yay Fest 2026-ya start verilib
Sosial müdafiə16:20
İrəvanın sabiq merindən 200 min dollardan çox vəsait müsadirə ediləcək
Region16:15
"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artıb
Sosial müdafiə16:07
Azərbaycan Türkiyədən havalandırma sistemləri idxalı xərcini 6 %-dən çox artırıb
Biznes16:00
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
Futbol15:52
Zelenski "Qətiyyətlilər koalisiyası"nın iclasında iştirak etmək üçün Parisə gedib
Digər ölkələr15:50
Foto
Ağdamda əkin sahələrində "Tikanlı quş üzümü" zərərli bitkisinə qarşı tədbirlər görülüb
Daxili siyasət15:46