BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır

Energetika
  • 02 iyun, 2026
  • 10:52
BP 2027-ci ildə Qarabağ yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır

BP gələn ilin ortalarına qədər "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.

"BP "Qarabağ" yatağının işlənməsi ilə bağlı mühəndislik işlərini davam etdirir. Layihə üzrə yekun investisiya qərarının gələn ilin ortalarına doğru qəbul edilməsi gözlənilir. Layihənin reallaşması halında "Qarabağ" yatağı Xəzərdə mövcud infrastrukturdan istifadə edilməklə işlənəcək ilk yeni yataqlardan biri olacaq. Bu, Xəzər regionunda mövcud hasilat və nəqliyyat infrastrukturunun yeni yataqların işlənməsinə inteqrasiyası baxımından mühüm mərhələ olacaq", - o vurğulayıb.

Onun sözlərinə görə, BP paralel olaraq AÇG yatağında hasilat əmsalının artırılması üçün yeni texnologiyaların tətbiqini davam etdirir: "İndiyədək yataqdan 4,6 milyard barel neft hasil edilib və əlavə ehtiyatların çıxarılması üçün işlər davam etdirilir".