Bolqarıstan yanvarda Azərbaycandan 160 milyon kubmetrdən çox təbii qaz alıb
- 01 aprel, 2025
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Bolqarıstan Azərbaycandan 160 milyon 275,2 min kubmetr təbii qaz idxal edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur.
Hesabat dövründə Bolqarıstana tədarük Azərbaycanın "mavi yanacaq" ixracının 6,9 %-ni təşkil edib.
Bundan əlavə, ay ərzində Azərbaycandan Yunanıstan 43 milyon 668,6 min ABŞ dolları (+ 0,1 %) dəyərində 80 milyon 187,3 min kubmetr (+ 0,1 %) qaz idxal edib. Yanvar ayında Azərbaycan qazının ümumi idxalının 3,4 %-i Yunanıstanın payına düşüb.
Yanvarda Azərbaycan Serbiyaya 16 milyon 689,7 min ABŞ dolları dəyərində 34 milyon 745,3 min kubmetr qaz tədarük edib. Serbiyanın ümumi idxal həcmində payı 1,5 % təşkil edib.
Məlumata görə, hesabat dövründə Azərbaycan 870 milyon 82,7 min ABŞ dolları (+ 17,6 %) dəyərində 2 milyard 338 milyon 620,8 min kubmetr (+ 21,1 %) qaz ixrac edib. Tədarüklər altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib.