Bakının iki ərazisinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Energetika
- 08 aprel, 2024
- 14:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabah Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində və Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsində təbii qazla təchizatda müvəqqəti fasilə yaranacaq.
"Report" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb 3-cü yaşayış massivində yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunması, Məlik Aslanov küçəsində isə COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılmasıdır. Odur ki, saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Son xəbərlər
09:13
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
Futbol
09:11
Buzovnada 4 mərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub
Hadisə
09:11
QDTİB-in iştirakı ilə Azərbaycandakı layihələrin dəyəri 700 milyon avronu ötüb
Maliyyə
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.10.2026)
Maliyyə
09:05
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.10.2026)
Maliyyə
09:02
FIBA Avropa Kuboku: "Neftçi" növbəti oyununa bu gün çıxacaq
Komanda
08:54
EBRD Azərbaycandakı layihə portfelini cüzi artırıb
Maliyyə
08:44
Mask Tramp administrasiyasında işləyəndə "həddini aşdığını" etiraf edib
Digər ölkələr
08:11
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur