Bakıda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə iclas keçirilir

Energetika
  • 13 fevral, 2019
  • 07:24
Bakıda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə iclas keçirilir
Report/Elchin Murad

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi” layihəsini həyata keçirən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə qeyd edilən layihənin icrası çərçivəsində ilk plenar iclas keçirilir.

"Report" xəbər verir ki, iclasın panel sessiyalarında hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasının əhəmiyyətliliyi, hasilat sənayesində benefisiar sahiblik terminin əsas elementləri, ölkə qanunvericiliyində qeyd edilən terminin mövcud və təklif edilən təriflərinin mümkün variantları, layihənin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi və bir sıra digər məsələlər müzakirə ediləcək.

İclasda hökumət üzvləri, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri, vətəndaş cəmiyyəti iştirak edir.

Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsinin tətbiqi barədə daha ətraflı məlumatla https://oilfund.az/fund/relations/b linki vasitəsilə tanış olmaq olar.

44 filmi