"Azneft" İB-də istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Energetika
  • 27 iyul, 2026
  • 12:07
Azneft İB-də istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycanda hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə davamlı olaraq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.