"Azərişıq": "Yaşıl enerji zonası"nın tələblərinə uyğun izolyasiyalı kabel xəttinin tətbiqinə başlanılıb"
- 25 iyul, 2023
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərişıq" ASC "yaşıl enerji zonası"nın tələblərinə uyğun olaraq artıq 35 Kv/saat izolyasiyalı kabel xəttinin tətbiqinə başlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bu izolyasiyalı kabel xətti ilə həmçinin internet ötürüləcək.
A.Məmmədzadə "Azərişıq" ASC-nin gənc mütəxəssislərin təkmilləşdirilməsi, kadr islahatları planından danışıb, ölkədə, əsasən də işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.