“Azəriqaz” Sumqayıt sahibkarlarının problemlərini dinləyib
Energetika
- 18 noyabr, 2021
- 12:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti dəfə görüş keçirib.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarların problem və təkliflərini dinləmək, onlara lazımi köməklik olunması üçün “Səyyar qəbul otağı” Sumqayıt sahibkarlarının ixtiyarında olub.
Görüşdə “Azəriqaz”ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, digər məsul şəxslər, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər. Görüşdə sahibkarları maraqlandıran bütün suallar cavablandırılıb.
Bu gün təşkil olunan aksiya ümumilikdə sayca 30-cu, sahibkarlarla isə sayca 9-cu görüşdür.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr