“Azərenerji” Laçın aeroportunun yaxınlığında yeni yarımstansiya inşa edəcək
- 08 noyabr, 2021
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərenerji” ASC “Laçın" (Qorçu) yarımstansiyanın tikintisi və istismara verilməsi işlərinin satın alınması üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 2 000 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 21-I, saat 15:00-a qədər qurumun Bakı şəhəri, Akademik Ə.Əlizadə küçəsi, 10 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Telefon: (012) 598-26-96; 490-09-27, 598-05-56.
Təkliflərə dekabrın 22-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, President İlham Əliyevin göstərişi ilə Laçın rayonu, Qorçu kəndi yaxınlığında yeni hava limanı inşa ediləcək.
Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.