"AzərEnerji" Dünya Bankı ilə AZURE layihəsi üzrə görülmüş işləri müzakirə edib

Energetika
  • 21 oktyabr, 2026
  • 15:26
AzərEnerji Dünya Bankı ilə AZURE layihəsi üzrə görülmüş işləri müzakirə edib

"AzərEnerji" ASC və Dünya Bankı arasında bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası (AZURE) layihəsinin icra vəziyyəti, ayrı-ayrı komponentlər üzrə görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər ətraflı müzakirə olunub.

"Report" "AzərEnerji"yə istinadən xəbər verir ki, bu barədə müzakirələr səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev ilə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Saşa Bakesin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə aparılıb.

Tərəflər, həmçinin Azərbaycanda genişmiqyaslı bərpa olunan enerji layihələrinin elektrik şəbəkəsinə inteqrasiyası və bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və gələcək tərəfdaşlıq imkanları da diqqət mərkəzində olub.