"AzərEnerji": 2028-ci ilə qədər enerji şəbəkəsinə 1910 MVt bərpa olunan enerji gücü inteqrasiya olunacaq
- 19 may, 2026
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
2028-ci ilə qədər enerji şəbəkəsinə 1910 MVt bərpa olunan enerji gücünün inteqrasiyası nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu "AzərEnerji" ASC-nin sədr müavini Rüstəm Qasımov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası" tədbirində deyib.
O bildirib ki, bununla da mövcud bərpa olunan enerji gücü ilə birlikdə bu rəqəm təxminən 2 qigavata çatacaq: "Yaşıl enerji balansını qorumaq və daha da inkişaf etdirmək üçün bunu müvafiq hidroenerji ilə birləşdirməyi planlaşdırılır.
Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün Azərbaycan üçün tamamilə yeni olan bir texnologiyanı - Batareya Enerji Saxlama Sistemlərini (BESS) tətbiq edilib: "Bu ilin aprel və may aylarında Prezident İlham Əliyevin iştirakı ilə hər birinin gücü 250 MVt/saat olan iki böyük batareya saxlama sisteminin açılışı olub".
O qeyd edib ki, hazırda şəbəkədə günəş və külək elektrik stansiyaları üzrə 500 MVt-dan çox güc mövcuddur: "Həmçinin MVt/saatlıq batareya saxlama sistemlərimiz var. Digər müqavilələr də artıq imzalanıb, beləliklə 2028-ci ilə qədər 2 QB-lıq gücün şəbəkəyə inteqrasiyası mütləq şəkildə təmin ediləcək. 2028-ci ilin sonuna qədər isə batareya sistemlərinin gücünü 1000 MVt/saata çatdırmağı planlaşdırırıq".