Azərbaycanın polipropilen ixracından gəliri 15 %-dən çox azalıb
- 30 noyabr, 2022
- 09:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Azərbaycan 8,9 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 0,6 milyon ABŞ dolalrı və ya 6,3 % azdır.
2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 81,3 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2021-ci ilin 10 aylıq göstərəciləri ilə müqayisədə 15,1 milyon ABŞ dolları və ya 15,6 % azdır.
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib
Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.