Azərbaycanın magistral qaz kəmərlərində itkilər ötən il 21 % azalıb

Energetika
  • 05 may, 2025
  • 14:59
Azərbaycanın magistral qaz kəmərlərində itkilər ötən il 21 % azalıb

Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) fəaliyyətindən əldə olunan gəlirlər 2024-cü ildə 2 milyard 707 milyon 608,8 min manat (cari məzənnə ilə 1,6 milyard ABŞ dolları) təşkil edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin göstəricisi ilə müqayisədə bu gəlirlər 7,6 % artıb.

Magistral qaz kəmərləri şəbəkəsində itkilər ötən ilin yekunlarına görə 20,9 % azalaraq 47,3 milyon kubmetrə qədər düşüb, 2023-cü ildə isə bu göstərici 59,8 milyon kubmetr səviyyəsində olub.

Bildirilib ki, ötən il magistral qaz kəmərləri ilə 40 milyard 348,3 milyon kubmetr (+2,7 %) qaz nəql edilib. Bu zaman, nəql edilmiş ümumi həcmin 56,6 %-i Cənubi Qafqaz Boru Kəməri magistralının (CQBK) payına düşüb.

44 - Tezliklə