Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb

Energetika
  • 29 may, 2024
  • 14:10
Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb

Azərbaycanın 2024-cü ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan da daxil olmaqla magistral neft kəmərlərinin istismarından əldə etdiyi gəlirlər 263 milyon 920,2 min manat (cari məzənnə ilə 155,2 milyon ABŞ dolları) təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu gəlirlər 1,3 % azalıb.

Statistik məlumatlara görə, 2024-cü ilin birinci rübündə magistral neft kəmərləri şəbəkəsində itkilər ötən ilin müvafiq dövründəki 0,7 min tonla müqayisədə 28,6 % artaraq 0,9 min ton təşkil edib.

Bildirilib ki, ümumilikdə 2024-cü ilin birinci rübündə magistral neft kəmərləri ilə 9 milyon 664 min ton neft nəql olunub ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 1,7 % çoxdur. Eyni zamanda, ümumi nəqletmə həcminin təxminən 75,2 %-i Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tədarük olunub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir 1 milyard 101 milyon 741,9 min manat (2022-ci ilin göstəricisindən 11,1 % az) təşkil edib. Şəbəkədə itkilər 3,8 min ton (31 % çox) təşkil edib.

44 filmi