Azərbaycanın karbamid ixracından gəliri 3 dəfə azalıb

Energetika
  • 01 dekabr, 2023
  • 13:12
Azərbaycanın karbamid ixracından gəliri 3 dəfə azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 63,6 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,85 dəfə azdır.

Bu ilin oktyabr ayında isə Azərbaycan 13,1 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 28,4 % azdır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 % artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.