Azərbaycanın ixrac etdiyi neftin 43 %-i İtaliyanın payına düşür
- 19 dekabr, 2023
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya 10 milyon 444 min 269,5 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neftin dəyəri 6 milyard 659 milyon 21,4 min ABŞ dolları təşkil edib.
11 ay ərzində Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 11 ayının göstəriciləri ilə müqayisədə 21 %, dəyəri isə 3,2 % artıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 43,15 % olub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 199 min 455,6 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 15 milyard 099 milyon 942,85 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.