Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

Energetika
  • 18 iyun, 2025
  • 17:49
Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 207 min 719,20 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 95 milyon 658,88 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-may ayları ilə müqayisədə 13,8 %, dəyəri isə 39,9 % azdır.

Ötən 5 ayda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,87 % olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.