Azərbaycanın bu il idxal etdiyi “AI-92” markalı benzinin həcmi açıqlanıb

Energetika
  • 25 noyabr, 2024
  • 07:55
Azərbaycanın bu il idxal etdiyi “AI-92” markalı benzinin həcmi açıqlanıb

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 87 min 775,67 ton “AI-92” markalı avtomobil benzini idxal edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 36,5 % çoxdur.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Statistik məlumatlara görə, qeyd olunan dövrdə idxal edilən benzinin dəyəri 77 milyon 721,64 min ABŞ dolları (+30,5 %) təşkil edib.

İdxalın strukturunda 38 milyon 439,74 min ABŞ dolları məbləğində (artım 2,69 dəfə) 47 min 753,81 ton “AI-92” markalı benzin (artım 2,74 dəfə) Rusiyadan tədarükün payına düşüb.

Hesabat dövründə Azərbaycana idxal edilən “AI-92” markalı benzinin ümumi həcmində Rusiyanın payı 54,4 % təşkil edib.

Bundan başqa, 2024-cü ilin yanvar-sentyabr aylarında Litvadan 24 milyon 869,77 min ABŞ dolları dəyərində 24 min 994,75 ton, Belarusdan 6 milyon 156,02 min ABŞ dolları dəyərində 6 min 806,95 ton, Bolqarıstandan 5 milyon 303,53 min ABŞ dolları dəyərində 5 min 134,11 ton, Qazaxıstandan 1 milyon 86,75 min ABŞ dolları dəyərində 1 min 210,87 ton, Latviyadan isə 1 milyon 865,82 min ABŞ dolları dəyərində 1 min 875,2 ton benzin tədarük edilib.

Azərbaycanda “AI-92” markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.