Azərbaycanın 2024-cü ildə idxal etdiyi “AI-92” markalı benzinin həcmi açıqlanıb
- 14 fevral, 2025
- 08:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ötən il 262 min 430,48 ton “AI-92” markalı avtomobil benzini idxal edib ki, bu da 2023-cü ilin göstəricisindən 4 dəfə çoxdur.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Statistik məlumatlara görə, qeyd olunan dövrdə idxal edilən benzinin dəyəri 225 milyon 854,3 min ABŞ dolları (+3,8 dəfə) təşkil edib.
İdxalın strukturunda 116 milyon 298,14 min ABŞ dolları məbləğində (+8,2 dəfə) 141 min 735,81 ton “AI-92” markalı benzin (+8,2 dəfə) Rusiyadan tədarükün payına düşüb.
Hesabat dövründə Azərbaycana idxal edilən “AI-92” markalı benzinin ümumi həcmində Rusiyanın payı 54 % təşkil edib.
Bundan başqa, 2024-cü ildə Belarusdan 39 milyon 433,67 min ABŞ dolları dəyərində 44 min 19,25 ton, Litvadan 32 milyon 61,96 min ABŞ dolları dəyərində 32 min 223,07 ton, Rumıniyadan 25 milyon 185,76 min ABŞ dolları dəyərində 30 min 678,54 ton, Bolqarıstandan 7 milyon 685,2 min ABŞ dolları dəyərində 8 min 133,69 ton, Qazaxıstandan 1 milyon 575,17 min ABŞ dolları dəyərində 1 min 755,06 ton, Latviyadan 1 milyon 865,82 min ABŞ dolları dəyərində 1 min 875,2 ton, Maltadan isə 1 milyon 748,57 min ABŞ dolları dəyərində 2 min 9,86 ton benzin tədarük edilib.
Azərbaycanda “AI-92” markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.