Azərbaycanda daha bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Energetika
  • 20 dekabr, 2017
  • 13:26
Azərbaycanda daha bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Beyləqan rayonunun Əhmədli kəndinə ilk dəfə təbii qaz verilib.

“Report” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 335 abunəçisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 976 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Beyləqan rayonunun İmamverdili və Birinci Şahsevən kəndlərində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.