Azərbaycan yanvarda "OPEC+" kvotasından gündəlik 71 min barel geri qalıb

Energetika
  • 12 fevral, 2025
  • 07:49
Azərbaycan yanvarda OPEC+ kvotasından gündəlik 71 min barel geri qalıb

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 480 min barel təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Commodity Insights”ın “Platts” məlumatları əsasında hazırladığı icmalda bildirilib.

İcmala əsasən, Azərbaycanın 2025-ci il üçün kvotası nəzərə alınmaqla, yanvar ayında OPEC razılaşması çərçivəsində neft hasilatında gündəlik 71 min barel geriləmə qeydə alınıb.

Bundan əlavə, dekabr ayı ilə müqayisədə yanvarda Azərbaycanda neft hasilatının həcmi dəyişməyib.

Xəbər verildiyi kimi, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 37-ci iclasında qəbul edilmiş qərara uyğun olaraq Azərbaycanın 2025-ci il üçün gündəlik xam neft hasilat kvotası 551 min barel olmaqla 2024-cü il səviyyəsində qalıb.