Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək
- 23 noyabr, 2026
- 16:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinə qoşulmasının strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə dəstəyini ifadə edib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Buxarestdə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə 13-cü Nazirlər İclası layihənin icrasının sürətləndirilməsi istiqamətində növbəti mühüm addım olub.
O qeyd edib ki, Avropa İttifaqının "Qarşılıqlı Maraq Layihəsi" (Project of Mutual Interest - PMI) statusu üzrə əməkdaşlığın davam etdirilməsi, layihənin inkişaf etdirilməsinə məsul şirkətin seçilməsi, Qara dənizin dibinin tədqiqi və enerji tənzimləyicilərinin birgə fəaliyyəti ilə bağlı növbəti addımları razılaşdırılıb: "Hədəfimiz 2029-cu ildə yekun investisiya qərarının qəbuluna, 2032-ci ildə isə ilk elektrik enerjisi tədarükünə nail olmaqdır".