Azərbaycan Türkiyədən kerosin alışını 2 900 dəfə artırıb
- 24 may, 2023
- 06:46
Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 4,9 milyon ABŞ dolları dəyərində 2 min 702 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 80 % çoxdur.
Hesabat dövründə Azərbaycan Belçikadan 2,6 milyon ABŞ dolları dəyərində 1 min 500 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 2,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 890 dəfə çoxdur) 1 min 190 ton (+2 900 dəfə), Amerika Birləşmiş Ştatlarından 22,24 min ABŞ dolları dəyərində 7,11 ton (bir il əvvəl tədarük olmayıb), Polşadan 18 min ABŞ dolları dəyərində 3,2 ton (1 il 10 aydan sonra tədarük bərpa edilib), Böyük Britaniyadan 8 min ABŞ dolları dəyərində (-10 %) 2,61 ton (+9,2 %) kerosin yanacağı gətirib.
2022-ci ildə Azərbaycana (16 ölkədən) idxal edilən 16,554 milyon ABŞ dolları dəyərində kerosinin 54,2 %-i Niderlandın, 24,5 %-i Belçikanın payına düşüb.