Azərbaycan Tunisə neft satışından qazancını 12 dəfəyə yaxın artırıb
- 22 noyabr, 2024
- 13:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Tunisə 443 min 921,14 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 278 milyon 567,44 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Tunisə ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 10,7 dəfə, dəyəri isə 11,8 dəfə çoxdur.
Tunisə ixrac edilən yanacağın Azərbaycanın ümumi neft ixracında payı 2,16 % olub.
Bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.