Azərbaycan Tacikistan və Əfqanıstana aviasiya yanacağı ixracını bərpa edib
- 22 noyabr, 2023
- 13:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 87,6 milyon ABŞ dolları dəyərində 89 min 198 ton aviasiya yanacağı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 % azdır, kəmiyyət olaraq - 4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Lüksemburqa 28,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % azdır) 32 min 320 ton (-35 %), Rusiyaya 13,6 milyon ABŞ dolları dəyərində (+32 %) 10 min 881 ton (+29 %), Gürcüstana 13,51 milyon ABŞ dolları dəyərində (+6,6 dəfə) 18 min 52 ton (+7 dəfə), Türkiyəyə 11,52 milyon ABŞ dolları dəyərində (+16 %) 11 min 414 ton (+37 %), Birləşmiş Ərəb Əmirliklərinə 4,5 milyon ABŞ dolları dəyərində (-3,7 %) 3 min 591 ton (-6 %) yanacaq satıb.
Azərbaycandan 4 il 5 ayın tamamında Tacikistana (16 min ABŞ dolları dəyərində 12,7 ton) və 1 il 6 aylıq aradan sonra Əfqanıstana (16,5 min ABŞ dolları dəyərində 12,7 ton) tədarük bərpa edilib.
2022-ci ildə Azərbaycandan xaricə (74 ölkəyə) göndərilmiş 126 min ton aviasiya yanacağının 58 %-i Lüksemburqun payına düşüb.