Azərbaycan Sloveniyadan fiber-optik kabel alışını bərpa edib

Energetika
  • 12 dekabr, 2024
  • 09:22
Azərbaycan Sloveniyadan fiber-optik kabel alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 27,42 milyon ABŞ dolları dəyərində 7 min 280 ton fiber-optik kabel idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 68 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 13,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 57 % çoxdur) 4 min 280 ton (+99 %), Türkiyədən 6 milyon ABŞ dolları dəyərində (-0,01 %) 1 min 575 ton (+48 %), Rusiyadan 4,42 milyon ABŞ dolları dəyərində (+2,2 %) 842 ton (+15 %), Belarusdan 2,81 milyon ABŞ dolları dəyərində (+45 %) 553 ton (+53 %), Polşadan 141,1 min ABŞ dolları dəyərində (+7 dəfə) 20 ton (+77 dəfə) kabel alıb.

Azərbaycan 5 il 5 aylıq aradan sonra Sloveniyadan (0,6 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 36 ölkədən idxal edilmiş 5,65 min ton fiber-optik kabelin 50,5 %-i Çinin payına düşüb.