Azərbaycan Rusiyaya neft ixracından qazancını 20 %-dək artırıb

Energetika
  • 16 sentyabr, 2022
  • 08:26
Azərbaycan Rusiyaya neft ixracından qazancını 20 %-dək artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 629,03 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 373,42 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rusiyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 2,74 % az, dəyəri isə 19,5 % çoxdur.

Azərbaycandan Rusiyaya ixrac edilən xam neftin ümumi ixracında payı 0,003 % olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 17 milyon 983 min 700,5 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 13 milyard 724 milyon 349 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust aylarında isə Azərbaycan xarici ölkələrlə 35,113 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

8 aylıq xarici ticarət dövriyyəsinin 26,245 milyard ABŞ dolları ixracın, 8,868 milyard ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə