Azərbaycan Rumıniyaya neft ixracını təqribən 19 % artırıb

Energetika
  • 21 noyabr, 2023
  • 13:47
Azərbaycan Rumıniyaya neft ixracını təqribən 19 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rumıniyaya 532 min 120,55 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 326 milyon 615,75 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə 18,6 %, dəyəri isə 2,05 % çoxdur.

Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,39 % olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 268 min 798,30 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 13 milyard 785 milyon 636,21 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.