Azərbaycan Rumıniyaya neft ixracından qazancını 2 dəfədən çox artırıb
- 26 iyul, 2023
- 08:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Rumıniyaya 357 min 522,17 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 220 milyon 395,58 min ABŞ dolları təşkil edib.
Bu ilin ilk yarım ilində Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 2,1 dəfə, dəyəri isə 2,13 dəfə çoxdur.
Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,79 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12 milyon 818 min 606,52 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 803 milyon 144,30 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.