Azərbaycan Rumıniyadan “Super” benzin alışını kəskin artırıb
Energetika
- 29 iyul, 2023
- 08:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 895 min ABŞ dolları dəyərində 730,58 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 44 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rumıniyadan 606,82 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 496 ton (+85,3 %) və Rusiyadan 287,85 min ABŞ dolları dəyərində (+9,1 %) 234,77 ton (-3 %) yanacaq tədarük edib.
2022-ci ildə Azərbaycana (Rusiya və Rumıniyadan) idxal edilən 1 min 671 ton “Aİ-98” benzinin 61 %-i Rusiyanın payına düşüb.
Son xəbərlər
17:42
İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən 60 min manatlıq mallar aşkar olunub
Biznes
17:36
Kosinyak-Kamış: Polşa ərazisinə Rusiyanın iki raketi və bir dronu düşüb - Yenilənib-2
Digər ölkələr
17:35
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Region
17:34
Foto
İlham Mirzəliyev Yevlaxda vətəndaşları qəbul edib
Energetika
17:31
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
Elm və təhsil
17:29
Foto
Belarus nümayəndə heyətinə Azərbaycanın hərbi texnikaları nümayiş etdirilib
Hərbi
17:23
Aİ və Böyük Britaniya universitetlərdə təhsil haqqı güzəştləri barədə razılığa gələ bilməyib
Digər ölkələr
17:21
ADSEA: Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək
İnfrastruktur
17:19
Foto
AFFA qadın məşqçilər üçün UEFA C lisenziya kursuna start verib
Futbol