Azərbaycan qazının iyunda Türkiyəyə spot tədarükünün həcmi açıqlanıb

Energetika
  • 24 may, 2024
  • 08:34
Azərbaycan qazının iyunda Türkiyəyə spot tədarükünün həcmi açıqlanıb

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) Türkiyənin borularla nəqletmə operatoru (BOTAŞ) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “SOCAR Enerji Ticaret A.S.” törəmə şirkəti iyun ayı ərzində ölkəyə spot qaz tədarükünə dair tutum ehtiyatını saxlamaq üçün müraciətlərini təsdiqləyib.

"Report" bu barədə EPDK-ya istinadən xəbər verir.

Bu qərarı tənzimləyici qurum mayın 23-də keçirilən tenderin nəticələrinə əsasən qəbul edib.

Məlumatda deyilir ki, hər iki şirkət Türkiyənin qazpaylayıcı şəbəkələrinə sutkada cəmi 9,702 milyon kubmetr qazın tədarük qabiliyyətini ehtiyatda saxlamaq hüququ əldə edib: “Eyni zamanda, “Kıyıköy” giriş nöqtəsindən təchizat BOTAŞ şirkəti, “Türkgözü” giriş nöqtəsindən “SOCAR Enerji Ticaret A.S.” tərəfindən təmin ediləcək”.

Qeyd edilib ki, BOTAŞ şirkəti iyun ayı üçün 7 milyon 839 min kubmetr, “SOCAR Enerji Ticaret A.S.” isə sutkada 1 milyon 863 min kubmetr həcmində sifariş tədarükü edib.

Eyni zamanda, tənzimləyici iyun ayı üçün boru kəməri qazının spot idxalına dair üç giriş nöqtəsi və imkanlar müəyyən edib: Bu, Frakiya – Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə tədarük (gündəlik 853 min kubmetr), “Türkgözü” (gündəlik 1 milyon 863 min kubmetr) və “Kıyıköy” (gündəlik 7 milyon 839 min kubmetr) təşkil edir.

44 - Tezliklə