Azərbaycan polipropilen ixracından gəlirini 15 %-dən çox azaldıb
- 30 sentyabr, 2022
- 09:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin avqust ayında Azərbaycan 7,4 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin avqust ayı ilə müqayisədə 1,6 milyon ABŞ dolalrı və ya 17,8 % azdır.
2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan 64,3 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2021-ci ilin 8 aylıq göstərəciləri ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 15,3 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib.
Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.