Azərbaycan ötən il radioaktiv metalların kəşfiyyatına xərcləri 52% artırıb

Energetika
  • 24 fevral, 2018
  • 06:40
Azərbaycan ötən il radioaktiv metalların kəşfiyyatına xərcləri 52% artırıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 mln. manat və ya 2016-cı illə müqayisədə 6,5% çox vəsait sərf olunub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, aparılmış geoloji-kəşfiyyat işlərinin 81,7%-i neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 26,4 mln. manat xərclənib.

2016-cı illə müqayisədə ötən il radioaktiv metalların kəşfiyyatına 51,9%, regional geoloji-geofiziki işlərə 25%, hidrogeoloji işlərə 19,4%, əlvan metalların kəşfiyyatına 8,3%, elmi-tədqiqat işlərinə 8% çox, nəcib metalların kəşfiyyatına 23,8%, qara metalların kəşfiyyatına isə 14,3% az vəsait sərf edilib.