Azərbaycan Niderlanda elektrik naqil ixracını 125 dəfə artırıb

Energetika
  • 08 may, 2023
  • 12:45
Azərbaycan Niderlanda elektrik naqil ixracını 125 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 6,432 milyon ABŞ dolları dəyərində 742 ton elektrik naqilləri (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Azərbaycan Türkiyədən 1,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % azdır) 240 ton (-25 %), Çindən 1 milyon ABŞ dolları dəyərində (+24 %) 189,1 ton (+47 %), Böyük Britaniyadan 885,1 min ABŞ dolları dəyərində (+9 dəfə) 25 ton (+5,5 dəfə), Özbəkistandan 464,2 min ABŞ dolları dəyərində (+46,4 min dəfə) 113 ton (+11,3 min dəfə), Ukraynadan 347,2 min ABŞ dolları dəyərində (-26 %) 58,4 ton (-21,4 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 1,11 min ABŞ dolları dəyərində (+4 dəfə) 281 ton (+5,1 dəfə) elektrik naqili ixrac edilib.

Belarusa 793 min ABŞ dolları dəyərində 231 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 108 min ABŞ dolları dəyərində (-3 %) 38,32 ton (+1,6 %), Niderlanda 98,43 min ABŞ dolları dəyərində (+50 dəfə) 2,49 ton (+125 dəfə), Ukraynaya 33,41 min ABŞ dolları dəyərində 8,81 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyaya 26,66 min ABŞ dolları dəyərində 0,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul göndərilib.

44 - Tezliklə