Azərbaycan neft məhsullarının ixracından qazancını 55 % artırıb
Energetika
- 15 avqust, 2023
- 09:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 586 min 349,62 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 340 milyon 736,41 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 7 ayı ilə müqayisədə həcm baxımından 64,9 %, dəyər baxımından isə 55 % çoxdur.
Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,64 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Азербайджан увеличил доходы от экспорта нефтепродуктов на 55%
Azerbaijan increases profit from oil product exports by 55%
Son xəbərlər
12:47
Azərbaycanda uşağa qulluğa görə müavinət almaq hüququ yeni qaydada müəyyənləşəcək
Maliyyə
12:46
Vüqar Bayramov: "Dəfn müavinəti vəfat edən şəxslərin ailələrinə verilməlidir"
Maliyyə
12:45
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Biznes
12:41
Foto
"ASAN xidmət" və BMT Bakıda dövlət idarəçiliyinin gələcəyini müzakirə edib
Xarici siyasət
12:40
Paşinyan noyabrda Türkiyəyə səfər edəcək
Region
12:40
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Hadisə
12:38
Ceyhun Həsənli "Şəki" basketbol komandasnın baş məşqçisi təyin olunub
Digər
12:38
Elene Qubianuri: "Gürcüstanda illik akvakultura istehsalı təxminən 2 500 ton təşkil edir"
ASK
12:35
Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək
Biznes