Azərbaycan neft məhsullarının ixracından qazancını 52 % artırıb

Energetika
  • 17 mart, 2026
  • 13:09
Azərbaycan neft məhsullarının ixracından qazancını 52 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 103 min 614,61 ton həcmində neft məhsulları ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 75 milyon 416 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən il ilə müqayisədə 7,1 % az, dəyəri isə 52 % çoxdur.

Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,06 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.