Azərbaycan neft məhsullarının ixracından qazancını 34 %-dən çox artırıb
- 16 oktyabr, 2023
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 751 min 742,35 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 459 milyon 669,16 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi 2022-ci ilin 9 ayı ilə müqayisədə 45,8 %, dəyəri isə 34,3 % çoxdur.
Yanvar-sentyabr aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,74 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.