Azərbaycan neft məhsullarının ixracından qazancını 24 % artırıb
Energetika
- 16 noyabr, 2023
- 06:37
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 835 min 986,02 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 517 milyon 652,60 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi 2022-ci ilin 10 ayı ilə müqayisədə 33,97 %, dəyəri isə 24,03 % artıb.
Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,76 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Son xəbərlər
05:25
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
Digər ölkələr04:59
Adam Telle ABŞ-nin ordu nazirinin səlahiyyətlərini icra edəcək
Digər ölkələr04:25
Tramp: Kütləvi miqrant axını səbəbindən İspaniyanı dağılma təhlükəsi gözləyir
Digər ölkələr03:47
Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb
Digər ölkələr03:21
Kats: İsrail hücum halında İranın enerji infrastrukturuna zərbə endirəcək
Digər ölkələr02:58
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir
Digər ölkələr02:26
FIFA UEFA-nı böhtan kampaniyasında ittiham edib
Futbol01:44
Astanada türk dünyasının ortaq gələcəyinə dair müzakirə təşkil olunacaq
Region01:07