Azərbaycan iyunda “OPEC+” kvotasından gündəlik 71 min barel geri qalıb

Energetika
  • 10 iyul, 2024
  • 09:27
Azərbaycan iyunda “OPEC+” kvotasından gündəlik 71 min barel geri qalıb

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft hasilatı 480 min barel təşkil edib.

Bu barədə “Report” "S&P Global Commodity Insights"ın "Platts"ın sorğusu əsasında apardığı araşdırmaya istinadən xəbər verir.

Hesabata görə, “OPEC+” sazişi çərçivəsində Azərbaycanın cari il üçün neft hasilatı kvotası gündəlik 551 min barel olduğu halda, iyunda faktiki hasilat 480 min barel təşkil edib.

“Bu o deməkdir ki, Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 71 min barel geri qalıb”, - hesabatda qeyd edilib.

Bundan əlavə, ötən ay may ayı ilə müqayisədə Azərbaycanda neft hasilatı gündəlik 10 min barel artıb.