Azərbaycan İtaliyaya neft ixracından qazancını 32 % artırıb
- 16 sentyabr, 2022
- 09:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 7 milyon 37 min 651 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 5 milyard 291 milyon 416,4 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 21,2 % az, dəyəri isə 32,2 % çoxdur.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi ixracında payı 39,13 % olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 17 milyon 983 min 700,5 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 13 milyard 724 milyon 349 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-avqust aylarında isə Azərbaycan xarici ölkələrlə 35,113 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
8 aylıq xarici ticarət dövriyyəsinin 26,245 milyard ABŞ dolları ixracın, 8,868 milyard ABŞ dolları isə idxalın payına düşüb.