Azərbaycan İsrailə neft ixracından qazancını 3 dəfə artırıb

Energetika
  • 21 iyul, 2022
  • 12:08
Azərbaycan İsrailə neft ixracından qazancını 3 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İsrailə 1 milyon 280 min 680,08 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 930 milyon 353,43 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 80,9 %, dəyəri isə 2,9 dəfə çoxdur.

Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 9,92 % olub.

Xatırladaq ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12 milyon 915 min 622,66 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 9 milyard 361 milyon 250,13 min ABŞ dolları təşkil edib.

Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb.