Azərbaycan İndoneziyaya neft satışından qazancını 40 %-dən çox artırıb
- 19 dekabr, 2024
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İndoneziyaya 310 min 833,01 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 178 milyon 463,01 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İndoneziyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-noyabr göstəriciləri ilə müqayisədə 40,6 %, dəyəri isə 18,8 % çoxdur.
İndoneziyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 1,44 % olub.
Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 304 milyon 395,40 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781,63 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb.